Fransada terrorçunun supermarketə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB

Fransada terrorçunun supermarketə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB Bakı. 23 mart. REPORT.AZ/ Fransanın Treb şəhərində terrorçunun supermarketə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Digər ölkələr
23 Mart , 2018 17:43
Fransada terrorçunun supermarketə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB

Bakı. 23 mart. REPORT.AZ/ Fransanın Treb şəhərində terrorçunun supermarketə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb.

"Report" BFM televiziyasına istinadən xəbər verir ki, bu barədə Fransanın hüquq-mühafizə orqanları məlumat yayıb. 

Məlumata görə, terrorçu bundan öncə Parisdə törədilmiş terror aktının əsas təşkilatçılarında olmuş şəxsin həbsdən azad olunmasını tələb kimi irəli sürüb.

Fransa KİV-lərinin xəbərinə görə, artıq girovlar azad olunub. Terrorçu isə supermarketin içərisindədir.

Terror aktını törədən şəxsin Mərakeş vətəndaşı və radikal dini qruplaşmanın üzvü olduğu bildirilib. Xüsusi xidmət orqanları onun fəaliyyəti barədə məlumatlı olublar. 


*** 15:11

Fransada supermarketə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində yerləşən Treb qəsəbəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Polis rəsmiləri ölənlərin sayının artacağını istisna etməyib. 

Həmin silahlı şəxsin terrorçu İŞİD quruplaşmasının üzvü olduğu bildirilib.

Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi