Fransada terrorçularla əlaqədə şübhəli bilinən 3 qız saxlanılıb

Fransada terrorçularla əlaqədə şübhəli bilinən 3 qız saxlanılıb Onlardan biri - 18 yaşlı gənc 96 saat sorğu-sual ediləcək
Digər ölkələr
1 Mart , 2017 06:39
Fransada terrorçularla əlaqədə şübhəli bilinən 3 qız saxlanılıb

Bakı. 1 mart. REPORT.AZ/ Fransanın hüquq-mühafizə orqanları terror qruplaşması üzvləri ilə əlaqədə şübhəli bilinən 3 qızı saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Parisien" məlumat yayıb.

Məlumatda bildirilir ki, Uaz departamentinin Krey şəhərində və Yuxarı Reyn departamentinin Myuluz şəhərində saxlanılanlar 14-18 yaşlarındadır. Lakin qəzet mənbənin məlumatına əsasən qızların terror aktı həyata keçirməyə hazırlaşmadıqlarını bildirib.

Xəbərdə bildirilir ki, saxlanılanlardan biri - 18 yaşlı gənc 96 saat sorğu-sual ediləcək.

Bundan əvvəl isə "BFMTV" telekanalı Uaz departamentində 18 yaşlı qızın saxlanılması barədə xəbər verib. Həmin şəxsin terror aktı hazırlamaqda şübhəli bilindiyi deyilirdi. 

Son xəbərlər

Orphus sistemi