Yuxarı

Fransada terrorda şübhəli bilinənlərə qarşı kəşfiyyat asanlaşacaq

Fransa parlamenti asan casusluq” vasitələrindən istifadəni icazə verən qanunu qəbul edib

Bakı. 6 May. REPORT.AZ/ Fransa parlamenti ölkə kəşfiyyatına terrorda şübhəli bilinənlərə qarşı “asan casusluq” vasitələrindən istifadə icazəsi verən qanunu qəbul edib.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, bu vasitələrə telefonların dinlənilməsi, habelə obyektlərə - mənzil və başqa yerlərə “böcəklər”in və gizli kameraların yerləşdirilməsi daxildir.

Prezident Fransua Olland bu qanunun qəbulu əleyhinə çıxsa da, parlamentin alt palatası sənədi böyük səs çoxluğu ilə (438-86) qəbul edib.

Yeni qanuna görə təhlükəsizlik orqanlarının rəhbər şəxsləri, casusluq vasitələrindən istifadə üçün hakimin qərarını almalı olmayacaqlar. Bunun əvəzində yenicə yaradılan məşvərət qurumuna müraciət etmək kifayət olacaq.

Qanunun narahatlıq yaradan bir müddəası da internet fəaliyyətinin izlənməsi ilə bağlıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi