​Fransada terror hadisəsi baş verib - YENİLƏNİB

​Fransada terror hadisəsi baş verib - YENİLƏNİB Xəbərə görə, hadisəni islam adı altında fəaliyyət göstərənlər törədib
Digər ölkələr
26 İyun , 2015 14:39
​Fransada terror hadisəsi baş verib - YENİLƏNİB

Bakı. 26 iyun. REPORT.AZ/ İlkin məlumata əsasən, Fransada baş verən terror aktında iki nəfər avtomobili maye qaz istehsal edən zavodun qapılarına sürərək, təbii qaz balonları olan anbara çırpılıblar. Bundan sonra partlayış baş verib. Xəbərə görə, çoxlu sayda yaralanan var.

Müəssisənin girişində başsız bədəndə islamçı şüarla bayraq aşkarlanıb. Hadisə yerinə Fransanın daxili işlər naziri Bernar Kaznev gedib. Qeyd edək ki, hadisənin baş veridiyi İzer bölgəsi Fransanın cənub-şərqində yerləşir. Əyalətin mərkəzi Qrenobl şəhəridir.

*** 14:25

Bakı. 26 iyun. REPORT.AZ/ Fransanın Sen-Kenten-Falave şəhərində terror hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu haqda "Associated Press Agency" məlumat yayıb.

Xəbərə görə, hadisəni islam adı altında fəaliyyət göstərənlər törədib. 

Son xəbərlər

Orphus sistemi