Bakı. 18 aprel. REPORT.AZ/ Fransada keçiriləcək prezident seçkisinə 5 gün qalmış terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Report” “France Press”ə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
Xəbərdə bildirilib ki, onlar Fransanın Marsel şəhərində tutulublar. Onlardan biri 1987-ci, o biri isə 1993-cü ildə anadan olub.
Xatırladaq ki, Fransada prezident seçkisinin birinci turu aprelin 23-də, ikinci mərhələsi isə mayın 7-də keçiriləcək.