Fransada terror aktı hazırlamaqda şübhəli bilinən tələbə həbs olunub

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən tələbə həbs olunub Gənc hazırda həbsdədir
Digər ölkələr
16 Fevral , 2017 02:34
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən tələbə həbs olunub

Bakı. 16 fevral. REPORT.AZ/ Fransanın hüquq-mühafizə orqanları ölkədə terror aktı hazırlamaqda şübhəli bilinən 18 yaşlı tələbəni həbs edib.

"Report" xəbər verir ki, bu barədə "France Presse" polisdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat Lilya Vatinya şəhəri yaxınlığında, Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları, xüsusi təyinatlı polisin dəstəyi ilə keçirilib. Gənc terrorçularla əlaqədə şübhəli bilinir.

Saxlanılan şəxs ötən ilin 30 dekabrında başlanmış ibtidai istintaq araşdırması çərçivəsində həbs edilib. Ehtimal olunur ki, o, Fransa ərazisində terror aktı törətmək niyyətində olub. Həmçinin partlayıcı maddələr, silah əldə etmək imkanı axtarıb.

Gənc hazırda həbsdədir. İstintaq orqanları onun rəqəmli daşıyıcılarındakı, mobil telefonundakı məlumatları, dəlilləri öyrənir.

Son xəbərlər

Orphus sistemi