Fransada tələbələr böyükmiqyaslı etiraz aksiyası keçirir

Fransada tələbələr böyükmiqyaslı etiraz aksiyası keçirir Onlar yeni təhsil haqlarına etiraz edirlər
Digər ölkələr
11 Dekabr , 2018 15:52
Fransada tələbələr böyükmiqyaslı etiraz aksiyası keçirir

Bakı. 11 dekabr. REPORT.AZ/ Fransa institutlarının və universitetlərinin tələbələri ali təhsil müəssisələrində təhsil haqlarının qaldırılmasına etiraz olaraq küçələrə çıxıb.

Bu barədə "Report" "Sputnik"ə istinadən məlumat verir.

Hazırda 450-yə yaxın təhsil müəssisəsinin işi pozulub, onlardan 50-si tamamilə bloklanıb. Tələbə ittifaqları ən azı həftənin sonuna qədər etirazlarını davam etdirmək niyyətində olduqlarını söyləyiblər.

Qeyd edək ki, tələbə etirazları Fransada "sarı jiletlilər"in davam edən nümayiş dalğaları fonunda daha da artıb.

Son xəbərlər

Orphus sistemi