Fransada təhsil işçisinin qətli ilə bağlı 11 nəfər saxlanılıb

Fransada təhsil işçisinin qətli ilə bağlı 11 nəfər saxlanılıb Fransanın Arras kommunasında təhsil işçisinin qətli ilə bağlı 11 nəfər saxlanılıb.
Digər ölkələr
15 Oktyabr , 2023 01:25
Fransada təhsil işçisinin qətli ilə bağlı 11 nəfər saxlanılıb

Fransanın Arras kommunasında təhsil işçisinin qətli ilə bağlı 11 nəfər saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "Frans Press" (AFP) agentliyi məlumat yayıb.

Saxlanılanlar Ədliyyə Polisi Milli İdarəsinin terrorla mübarizə şöbəsində və Daxili Təhlükəsizlik Baş İdarəsində dindirilir.

Onlardan biri uzun müddətdir, dövlət təhlükəsizliyinə təhdid yaradan şəxslərin yer aldığı siyahıdadır.

Bundan əvvəl Fransanın təhsil və gənclər naziri Qabriel Attal tədris müəssisələrinin ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb və bu tipli hadisələrin qarşısının alınması üçün məsul olan 1 000-ə yaxın nəzarətçinin məktəblərə göndəriləcəyini bildirib. Bəzi regionlarda polis əməkdaşları məktəblərin yaxınlığında növbətçilik edəcək.

Son xəbərlər

Orphus sistemi