Fransa Rusiya və Ukrayna arasında yaranmış vəziyyətlə əlaqədar təhlükəsizlik üzrə fövqəladə iclas çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” Yelisey Sarayına istinadən məlumat yayıb.
İclasda son günlər Ukraynanın şərqində baş verən hadisələr, o cümlədən vəziyyətin daha da gərginləşməsi müzakirə olunacaq.
Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makronla Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Qeyd edilir ki, Fransa Prezidenti Rusiya lideri ilə danışığında hadisələrin bu inkişafından məyus olduğunu bildirib. Eyni zamanda Makron təmasları davam etdirməyə hazır olduqlarını qeyd edib.