Fransada "təcili yardım" əməkdaşları etiraz aksiyası keçirir

Fransada "təcili yardım" əməkdaşları etiraz aksiyası keçirir Fransanın paytaxtı Parisdə təcili yardım xidməti əməkdaşları etiraz aksiyası keçirir.
Digər ölkələr
6 İyun , 2019 20:49
Fransada təcili yardım əməkdaşları etiraz aksiyası keçirir

Fransanın paytaxtı Parisdə "təcili yardım" xidməti əməkdaşları etiraz aksiyası keçirir.

"Report"un Fransa bürosu xəbər verir ki, 200-dən artıq "təcili yardım" əməkdaşı Parisin Monparnas vağzalı məhəlləsində maaşlarının qaldırılması və işçilərin sayının artırılması tələbi ilə küçələrə çıxıb.

Artıq 3 aya yaxındır ki, bütün Fransada bir qrup təcili tibbi yardım xidməti əməkdaşı işə çıxmaqdan imtina edir. Tələbləri cavabsız qalan aksiya iştirakçıları bu gün Həmkərlar İttifaqlarının dəstəyi ilə ölkənin paytaxtında küçələrə çıxıb.

Qeyd edək ki, ölkə üzrə "təcili yardım"a gətirilən xəstələrin sayı 1996-cı ildə 10 milyon olub. Bu rəqəm 2016-cı ildə iki dəfə artaraq 21 milyona çatıb.

Son xəbərlər

Orphus sistemi