Fransada dağıntı və talançılıq törədən etirazçılar sərt cəzalandırılacaq

Fransada dağıntı və talançılıq törədən etirazçılar sərt cəzalandırılacaq Bakı. 23 dekabr. REPORT.AZ/ Fransa hökuməti sarı jiletlilərin nümayişləri zamanı dağıntı və talançılıqla məşğul olanları sərt şəkildə cəzalandıracaq.
Digər ölkələr
23 Dekabr , 2018 13:24
Fransada dağıntı və talançılıq törədən etirazçılar sərt cəzalandırılacaq

Bakı. 23 dekabr. REPORT.AZ/ Fransa hökuməti "sarı jiletlilər"in nümayişləri zamanı dağıntı və talançılıqla məşğul olanları sərt şəkildə cəzalandıracaq.

“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Çada səfəri zamanı deyib.

"Aydın məsələdir ki, ən sərt tədbirlər görüləcək", - deyə BFMTV Makronun sözlərini sitat gətirib.

Dövlət başçısı etirazçıları barışıq əldə etməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.

"Fransaya indi nizam-intizam, dinclik və həmrəylik lazımdır", - deyə o qeyd edib.

Ötən gün ölkədə keçirilən etiraz aksiyaları zamanı 220 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi