Fransada silahlı şəxs qocalar evinə hücum edib, iki nəfər öldürülüb

Fransada silahlı şəxs qocalar evinə hücum edib, iki nəfər öldürülüb Hazırda 70 nəfərin olduğu bina mühasirəyə alınıb
Digər ölkələr
25 Noyabr , 2016 03:31
Fransada silahlı şəxs qocalar evinə hücum edib, iki nəfər öldürülüb

Bakı. 25 noyabr. REPORT.AZ/ Fransanın cənubunda silahlı şəxs rahiblər üçün nəzərdə tutulmuş qocalar evinə daxil olub.

"Report" AFP-yə istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları gəlib, hazırda bina mühasirəyə alınıb.

"Bıçaq və qırma tüfəngi ilə silahlanmış maskalı şəxs 70 rahibin yaşadığı qocalar evinə daxil olub", - deyə agentliyin mənbələrindən biri bildirib.

Onun sözlərinə görə, hücumun motivləri hələ məlum deyil. Silahlı şəxsin bir neçə nəfəri girov götürdüyü ehtimal edilir.

"Reuters"in məlumatına görə, polis tərəfindən xüsusi əməliyyatın aparıldığı ərazidə qadın meyiti aşkar edilib. Təsdiq olunmamış məlumatlara görə, o, monastrın işçisi olub və polis çağırmağa macal tapıb.

"Daily Mail" yazır ki, hücum nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi