Fransada sərnişin avtobusları toqquşub: xəsarət alanlar var

Fransada sərnişin avtobusları toqquşub: xəsarət alanlar var Hadisəyə əyləc sistemində nasazlığın yaranması səbəb olub
Digər ölkələr
4 Oktyabr , 2017 05:33
Fransada sərnişin avtobusları toqquşub: xəsarət alanlar var
Courtesy İmage

Bakı. 4 oktyabr. REPORT.AZ/ Fransada iki sərnişin avtobusunun toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə İvelin departamentində baş verib. Qəza zamanı xəsarət almış iki sürücü də daxil olmaqla, 5 yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəyə əyləc sistemində nasazlığın yaranması səbəb olub.

Son xəbərlər

Orphus sistemi