Paris. 23 aprel. REPORT.AZ/ Fransada keçirilən prezident seçkilərinin birinci turunda Bakı vaxtı ilə saat 14:00-a olan vəziyyətə görə, seçicilərin iştirakı 28,54 faiz təşkil edib.
"Report"un Fransa bürosu xəbər verir ki, bu, 2012- ci ilin analoji göstəricilərini (28,29%) üstələyir.
1981-ci ildən bu yana seçkilərdə iştirak edən seçicilərin saat 14:00-a qədər ən yüksək fəallığı 2007-ci ildə qeydə alınıb (31,2%).
Fransada Bakı vaxtı ilə səhər saat 10:00-da açılan 66 min 546 seçki məntəqəsi axşam 19:00-dək, böyük şəhərlərdə isə 21:00 qədər fəaliyyət göstərəcək.
Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 50 min polis və 7 min hərbçi səfərbər edilib. Ümumilkdə 47 milyon fransalıya seçkilərdə iştirak etmək üçün çağırış göndərilib.