Fransada seçicilər səsvermələr zamanı bir sıra problemlərlə üzləşiblər - FOTO

Fransada seçicilər səsvermələr zamanı bir sıra problemlərlə üzləşiblər - FOTO Limas şəhərinin sakininin seçici vərəqəsinin üzərinə 7 may əvəzinə 6 may tarixinə aid olan möhür vurulub
Digər ölkələr
7 May , 2017 19:10
Fransada seçicilər səsvermələr zamanı bir sıra problemlərlə üzləşiblər - FOTO
Report.az

Paris. 7 may. REPORT.AZ/ Fransada prezident seçkilərinin ikinci turunda artıq fransalıların 28,23 % -dən çoxu səs verib.

"Report"un Fransa bürosu xəbər verir ki, ölkə vətəndaşlarının bəziləri səs verdikləri zaman bir sıra maneələrlə qarşılaşıblar.

Belə ki, Ğon əyalətinin Limas şəhərinin sakini səs verdiyi vaxt onun seçici vərəqəsinin üzərinə 7 may əvəzinə 6 may tarixinə aid olan möhür vurulub. Seçici səhv tarix möhürlənmiş seçki vərəqəsinin şəklini "Twitter"də paylaşıb.

Ren şəhəri yaxınlığında yerləşən San-Qrequağ qəsəbəsində səsvermələrin başlamasına 4 saat qalmış xoşagəlməz hal baş verib. Belə ki, seçki materialları, habelə seçki qutuları naməlum şəxslər tərəfindən yararsız hala salınıb. Uşaq müəssisəsi olan bina yararsız hala düşsə də, məntəqə digər seçki məntəqələri kimi fəaliyyətinə yerli vaxtla səhər saat 8-də başlamağa nail olunub.

Esson əyalətində isə 89 yaşlı seçici səs verdiyi zaman həyatını dəyişib. Oğlunun müşayiəti ilə səs verməyə gəlmiş seçici seçki bülletenini səsvermə qutusuna salaraq huşunu itirib. Qeyd edək ki, seçici ürək çatışmazlığı səbəbindən həyatını dəyişib. Seçki məntəqəsi isə bir müddət ərzində seçicilərə bağlı saxlanılmaq məcburiyyəti ilə üzləşib.

Son xəbərlər

Orphus sistemi