Fransada Sarkoziyə qarşı korrupsiya işi dayandırılıb

Fransada Sarkoziyə qarşı korrupsiya işi dayandırılıb Parisin Apellyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti barəsində korrupsiya işi üzrə araşdırmanı dayandırıb
Digər ölkələr
114
24 Sentyabr , 2014 17:29
Fransada Sarkoziyə qarşı korrupsiya işi dayandırılıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Parisin Apellyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikolya Sarkozi barəsində korrupsiya, şəxsi məqsədlərdə xidməti mövqeyindən istifadə və "nüfuz ticarətində" ittihamla bağlı işin araşdırmasını dayandırıb. Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

Bununla belə, həm Sarkozi, həm də onun korrupsiyada ittiham olunan vəkili Tyerri Erzoqanın üzərindən ittihamlar götürülməyib. Lakin məhkəmənin bu işin aqibəti haqqında qərar çıxarmasına qədər istintaq dayandırılıb. 

İyul ayının 1-də Nikolya Sarkozi polis şöbəsinə dəvət olunub və burada ona rəsmi şəkildə korrupsiya, şəxsi məqsədlərdə xidməti mövqeyindən istifadə və "nüfuz ticarətində" ittiham elan olunub. Xüsusilə, sabiq prezident "Betankur işi " istintaq zamanı informasiyanın əldə edilməsi üçün öz əlaqələrindən istifadə etdiyində şübhəli bilinir. 

Son xəbərlər

Orphus sistemi