Fransada "sarı jiletlilər"in növbəti, sayca 28-ci ümummilli etirazları başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "France Info" radiostansiyası məlumat verib.
Məlumata görə, Parisdə yüzlərlə nümayişçi Per Laşez milli qəbiristanlığının yaxınlığında toplaşıb və Bastilya meydanından keçməklə Monmartredəki Sakre-Kyor bazilikasına doğru hərəkət edib. Fransa
Etirazlar həmçinin Fransa prezidenti Emmanuel Makronun anadan olduğu Amyen şəhərində də başlayıb. Yerli KİV-in məlumatına görə, orada, təxminən, 300 "sarı jiletli" küçəyə çıxıb.
Qeyd edək ki, Fransada "sarı jiletlilər"in şənbə nümayişləri 2018-ci il noyabrın 17-dən başlayıb. Əvvəlcə aksiyalar avtomobil yanacağına olan tariflərin yüksək olması ilə bağlı idi. Məhz elə buna görə də aksiya iştirakçıları avtomobilçilərin işıq saşan sarı jiletlərindən istifadə edib. O vaxtdan bəri etirazçılar tələblərini genişləndirərək yalnız sosial-iqtisadi məsələləri deyil, həm də siyasi məsələləri əhatə etməyə başlayıblar.