Fransada "quş qripi" virusu ilə əlaqədar 1,3 milyon çöl quşu məhv ediləcək

Fransada "quş qripi" virusu ilə əlaqədar 1,3 milyon çöl quşu məhv ediləcək Virusun yayılması prosesi dayansa, ördəklərin və qazların məhvi də dayandırılacaq
Digər ölkələr
5 Yanvar , 2017 00:09
Fransada quş qripi virusu ilə əlaqədar 1,3 milyon çöl quşu məhv ediləcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Fransanın dövlət orqanları ölkənin 3 regionunda "quş qripi" virusunun yayılmasının qarşısını almaq üçün 1 milyondan çox ördək və qazın məhv edilməsini planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə "Reuters"ə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib.

Məlumatda bildirilir ki, çöl quşlarının məhv edilməsi ölkənin cənub-qərbindəki boş ərazilərdə yanvarın 5-dən 20-dək həyata keçiriləcək. Təkcə qarşıdan gələn həftədə 800 min quşun məhvi planlaşdırılır.

Əgər virusun yayılması davam etsə, məhv ediləcək quşların sayı 1,3 milyiona qədər artacaq. Nazirlik bildirib ki, əgər virusun yayılması prosesi dayansa, ördəklərin və qazların məhv edilməsi də dayandırılacaq.

Qeyd edək ki, Yaponiyada bu virusla əlaqədar 90 min cücə məhv edilib.  

Son xəbərlər

Orphus sistemi