Fransada “quş qripi”nə yoluxan 5 min ördək məhv edilib

Fransada “quş qripi”nə yoluxan 5 min ördək məhv edilib Ölkənin cənub-qərbində yerləşən ördək saxlayan təsərrüfatda virus aşkarlanıb
Digər ölkələr
2 Dekabr , 2016 13:58
Fransada “quş qripi”nə yoluxan 5 min ördək məhv edilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Fransada H5N8 virusu (“quş qripi”) aşkarlanan 5 min ördəkdən 2 mini öldürülüb, qalan 3 min ördək isə profilaktik tədbir görmək məqsədi ilə ayrılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Fransanın Kənd Təsərrüfat Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, ölkənin cənub-qərbində yerləşən ördək saxlayan təsərrüfatda “quş qripi” aşkarlanıb.

Fransa bu epidemiyanın qarşısını ala bilməsə, o zaman “quş qripi olmayan dövlət” beynəlxalq statusu əldə edə bilməyəcək. 

Son xəbərlər

Orphus sistemi