Yuxarı
    Bağlamaq

    ​Fransada qəzaya uğrayan "Airbus A320" təyyarəsinin ikinci "qara qutu"su tapılıb

    Qutu faciənin baş verdiyi yerdə aşkar edilib

    Bakı. 2 aprel. REPORT.AZ/ Fransanın cənubunda "Airbus A320" təyyarəsinin qəzaya uğradığı yerdə hava gəmisinin ikinci "qara qutu"su aşkar edilib.

    "Report" "France Info"ya istinadən xəbər verir ki, bu barədə Marsel şəhərinin prokuroru Bris Roben məlumat verib.

    Prokurorun sözlərinə görə, "qutu" uçuş qeydlərini: yüksəkliyi, sürəti və trayektoriyanı özündə əks etdirməlidir.

    Barselonadan Düsseldorf istiqamətində hərəkət edən "Airbus A320" təyyarəsi Fransanın cənubunda yerləşən Din-Le-Ben şəhəri ərazisində qəzaya uğrayıb.

    Təyyarənin göyərtəsində iki körpə və altı heyət üzvü - iki pilot və dörd stüard və stüardessa daxil olmaqla 144 sərnişin olub. Onların hamısı həlak olub.

    Təyyarədə ən azı 15 ölkənin vətəndaşı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi