Bakı. 24 mart.REPORT.AZ/ Fransanın cənubunda "AirbusA320" təyyarəsi qəzaya uğrayıb. "Report"un "Reyter" agentliyinə istinadən verdiyi xəbərə görə, qəza təyyarə Düsseldorfdan Barselonaya uçarkən baş verib.
Qeyd edək ki, təyyarə "Germanwings" aviaşırkətinə məxsusdu.
Fransa KİV-lərinin məlumatına görə, qəza zamanı təyyarədə 142 sərnişin və 6 ekipaj üzvü olub. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.