Fransanın Marna bölgəsinin Avene-Val-Deor kommunasında qatarla avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər ölüb, 4-ü yaralanıb.
“Report” xəbər verir ki, məlumatı yerli BFMTV yayıb.
Bildirilib ki, içərisində 24 sərnişin olan qatar Epernedən Reymsə doğru hərəkət edirmiş.
Hadisənin səbəbi araşdırılır.