Fransada qasırğa nəticəsində ölənlərin sayı artıb

Fransada qasırğa nəticəsində ölənlərin sayı artıb Altı nəfər ölüb, iki nəfər itkin düşüb
Digər ölkələr
8 Yanvar , 2018 00:59
Fransada qasırğa nəticəsində ölənlərin sayı artıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu günlərdə Fransada cərəyan edən "Eleanor" qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, daha iki nəfər əvvəlki kimi itkin düşmüş hesab olunur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü təbii fəlakətin növbəti qurbanının meyitinin tapıldığı Sona və Luara departamentinin prefekturasına istinadən "Franc-Press" məlumat yayıb.

"Söhbət bu həftə itkin düşmüş kişidən gedir. Fəlakət qurbanı jandarmalar tərəfindən itdiyi yerdən 500 metr aralıda, kənd düşərgəsi yaxınlığındakı göldən tapılıb", - deyə yerli prefekturanın məlumatında bildirilir.

Ölən şəxs cümə axşamı gecə Lüsene-l'Evek qəsəbəsində itkin düşüb.

Son xəbərlər

Orphus sistemi