HRW: Fransada qaçqınlara humanitar yardım göstərənlər polislər tərəfindən təzyiq və təqiblərə məruz qalırlar

HRW: Fransada qaçqınlara humanitar yardım göstərənlər polislər tərəfindən təzyiq və təqiblərə məruz qalırlar “Fransada qaçqınlara humanitar yardım göstərən şəxslər polislər tərəfindən təzyiq və təqiblərə məruz qalırlar”.
Digər ölkələr
5 Sentyabr , 2019 13:25
HRW: Fransada qaçqınlara humanitar yardım göstərənlər polislər tərəfindən təzyiq və təqiblərə məruz qalırlar

“Fransada qaçqınlara humanitar yardım göstərən şəxslər polislər tərəfindən təzyiq və təqiblərə məruz qalırlar”.

“Report“un Fransa bürosu xəbər verir ki, bu barədə “Human Rights Watch“ (HRW) qeyri-hökumət təşkilatının bu gün dərc edilmiş hesabatında bildirilir. 

Hesabatda Fransanın İtaliya ilə sərhəd zonasında polislərin vəzifələrindən sui-istifadə edərək qaçqınlara yardım etməyə çalışan könüllü şəxslər və vətəndaş cəmiyyəti nümayəndələrini saxlayaraq yersiz yoxlamalar apardıqları, müxtəlif bəhanələrlə cərimələr yazdıqları bildirilir.

İnsan haqlarını müdafiə edən bu təşkilat Fransa polisini humanitar fəaliyyətə maneəçilik göstərmək məqsədilə qəsdən “qısnamalar“a,“təzyiqlər“ə əl atmaqda günahkar bilir və hökumətdən bu məsələni nəzarətə götürərək ölçü götürməsini tələb edir.

Qeyd edək ki, Fransa qanunvericiliyində ölkə ərazisinə qeyri-qanunu daxil olmaq və qeyri-qanuni qalmağa yardım edən əmələ görə 5 il həbs cəzası və 30 000 avro cərimə nəzərdə tutulub. Lakin qanuna əsasən ölkəyə daxil olmağa komək etmədən humanitar yardım göstərən şəxsə qarşı heç bir cəza tətbiq oluna bilməz. 

Orphus sistemi