Fransada prezidentliyə namizədlərin sayı açıqlanıb

Fransada prezidentliyə namizədlərin sayı açıqlanıb Fransada bu ilin aprelində keçiriləcək prezident seçkisində 12 namizəd iştirak edəcək.
Digər ölkələr
197
7 Mart , 2022 16:02
Fransada prezidentliyə namizədlərin sayı açıqlanıb

Fransada bu ilin aprelində keçiriləcək prezident seçkisində 12 namizəd iştirak edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransa Konstitusiya Şurasının prezidenti Loran Fabius açıqlayıb.

Bildirilib ki, seçkinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də keçiriləcək.

Namizədlər arasında hazırkı Prezident Emmanuel Makron, sağ mərkəzçi Respublikaçılar Partiyasından Valeri Pekres, Parisin meri Ann İdalqo, radikal sol yönlü Milli Birlik Partiyasından Marin Le Pen də var.

Son xəbərlər

Orphus sistemi