​Fransada polisə silahlı hücum olub

​Fransada polisə silahlı hücum olub Şahidlər hücumu 10 maskalı şəxsin təşkil etdiyini söyləyiblər
Digər ölkələr
9 Fevral , 2015 17:00
​Fransada polisə silahlı hücum olub

Bakı. 9 fevral. REPORT.AZ/ Fransanın baş naziri Manüel Valsın səfər etdiyi Marsel şəhərinin Kastellane rayonunda maskalı şəxslər polisə atəş açıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, maskalı şəxslərin əlində "Kalaşnikov"avtomatı olub.

Məlumata görə, 40-a yaxın polis hadisə yerinə cəlb edilib.

Şahidlər maskalı şəxslərinin sayının 10 olduğunu söyləyiblər.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Son xəbərlər

Orphus sistemi