Fransada polis əməkdaşı narkotacirlərə qarşı əməliyyat zamanı öldürülüb

Fransada polis əməkdaşı narkotacirlərə qarşı əməliyyat zamanı öldürülüb Fransanın cənub-şərqində narkotik alverçilərinin yaxalanması ilə bağlı əməliyyat zamanı bir polis əməkdaşı həlak olub
Digər ölkələr
6 May , 2021 01:14
Fransada polis əməkdaşı narkotacirlərə qarşı əməliyyat zamanı öldürülüb

Fransanın cənub-şərqində narkotik alverçilərinin yaxalanması ilə bağlı əməliyyat zamanı bir polis əməkdaşı həlak olub.

“Report” xəbər verir ki, bu barədə Fransanın baş naziri Jan Kasteks özünün tvitterdəki səhifəsində bildirib.

Onun sözlərinə görə, polis Avinyonda keçirilən əməliyyat zamanı ölümcül yaralanıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Öz növbəsində Fransanın Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen tvitterdəki səhifəsində qeyd edib ki, polis narkotik ticarəti ilə bağlı fəaliyyətin qarşısını almaq üçün əməliyyat keçirib.

"Bir neçə polis əməkdaşı atəşə tutulub. Ağır xəsarət almış polis ölüb”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi