Fransada pandemiya ilə bağlı vəziyyət gərgindir

Fransada pandemiya ilə bağlı vəziyyət gərgindir Fransada ötən gün koronavirus infeksiyasına 16 642 yeni yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
167
18 Yanvar , 2021 05:00
Fransada pandemiya ilə bağlı vəziyyət gərgindir

Fransada ötən gün koronavirus infeksiyasına 16 642 yeni yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə Baş İdarəsi məlumat yayıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 141 nəfər vəfat edib.

İndiyədək Fransada ümumilikdə 2 910 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 70 283 nəfər vəfat edib.

Qeyd edək ki, Fransada yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan komendant saatı yanvar ayının 20-nə qədər uzadılıb.

Son xəbərlər

Orphus sistemi