​Fransada neft-kimya zavodunda iki partlayış olub

​Fransada neft-kimya zavodunda iki partlayış olub Hadisə baş verən ərazidə hava 1,5 km radiusunda çirklənib
Digər ölkələr
14 İyul , 2015 11:15
​Fransada neft-kimya zavodunda iki partlayış olub

Bakı. 14 İyul. REPORT.AZ/ Fransanın cənubunda, Marsel şəhəri yaxınlığında "LyonDell Basell" şirkətinin neft-kimya zavodunda iki partlayış baş verib.

"Report" xəbər verir ki, bu haqda "France Presse" agentliyi məlumat yayıb.

Xəbərə görə, hər birinin həcmi 43 min kub metr olan iki çən yanıb. Çənlərdə yüngül nafta (liqorin, duru karbohirdogenlə qarışıq) olub.

Yerli hakimiyyət nümayəndələri bildirib ki, hadisə baş verən ərazidə hava 1,5 km radiusunda çirklənib. Bununla belə tullantının zəhərli olmadığı iddia edilib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi