Fransada naməlum şəxslərin hücumu zamanı 2 polis yaralanıb

Fransada naməlum şəxslərin hücumu zamanı 2 polis yaralanıb Hadisənin səbəbi və hücum edənlərin kimliyi araşdırılır.
Digər ölkələr
8 Oktyabr , 2020 10:48
Fransada naməlum şəxslərin hücumu zamanı 2 polis yaralanıb

Fransanın Erble şəhərində naməlum şəxslərin hücum nəticəsində 2 polis əməkdaşı yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Erblenin meri Filipp Rulo bildirib.

Onun sözlərinə görə, gecə saatlarında naməlum 3 şəxs 2 polis əməkdaşına hücum edərək onları tərk-silah edib. Ələ keçirdikləri silahla polis əməkdaşlarına atəş açıblar. Nəticədə polislər yaralanıb. Onlardan birinin vəziyyəti çox ağırdır.

Hadisənin səbəbi və hücum edənlərin kimliyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi