Fransada naməlum şəxs ətrafdakılara hücum edib, ölən və xəsarət alanlar var - VİDEO

Fransada naməlum şəxs ətrafdakılara hücum edib, ölən və xəsarət alanlar var - VİDEO Fransada naməlum şəxs bıçaqla ətrafdakılara hücum edib.
Digər ölkələr
3 Yanvar , 2020 20:13
Fransada naməlum şəxs ətrafdakılara hücum edib, ölən və xəsarət alanlar var - VİDEO

Fransada naməlum şəxs bıçaqla ətrafdakılara hücum edib.

“Report” xəbər verir ki, bu barədə BFMTV telekanalı bildirib.

Məlumata görə, hadisə Viljyuif şəhərindəki parkda, yerli vaxtla saat 14:00-da baş verib. Hücum zamanı azı 4 nəfər yaralanıb. 

Hadisəni törədən şəxs əraziyə gəlmiş polis əməkdaşları tərəfindən öldürülüb. Telekanal bildirib ki, asayiş keşikçiləri cinayətkara 3 dəfə atəş açıb.

Qeyd edilir ki, yaralılardan biri – təxminən 50 yaşlı zərərçəkən sonradan ölüb. Məlumata görə, hücum zamanı xəsarət almış daha iki nəfər ağır vəziyyətdədir.

Hadisənin təfərrüatları açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi