Yuxarı

​Fransada müsəlmanlara hücumların sayı artıb

Son iki həftə ərzində 128 hücum qeydə alınıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Fransanın müsəlman icması tərəfindən maliyyələşən tədqiqat institutunun məlumtına görə, son iki həftə ərzində Fransa ərazisində nifrət zəminində müsəlmanlara qarşı 128 hücum qeydə alınıb.

"Report" xəbər verir ki, 2014-cü il ərzində bu kimi hücumların sayı 133 olub.

İnstitut iddia edir ki, islamofobiya birbaşa olaraq son həftələr Fransa ərazisində baş verən terror aktlarının nəticəsində artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi