Fransada milyader Eduard de Rotşildin malikanəsi qarət edilib

Fransada milyader Eduard de Rotşildin malikanəsi qarət edilib O, Parisdə çıxan məşhur “Liberation” qəzetinin də sahiblərindəndir
Digər ölkələr
25 Yanvar , 2017 20:03
Fransada milyader Eduard de Rotşildin malikanəsi qarət edilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisin şərqində milyader Eduard de Rotşildin malikanəsi qarət edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Europe1” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər malikanaəyə girərək, oradan çoxlu qiymətli əşyalar aparıblar. Oğurlanan malların dəqiq qiyməti məlum deyil.

Eduard de Rotşild “Rothschild & Cie” Bankının Müşahidə Şurasının başçısıdır. O, Parisdə çıxan məşhur “Liberation” qəzetinin də sahiblərindəndir.

Son xəbərlər

Orphus sistemi