Yuxarı

Fransada məscidin yaxınlığında partlayış baş verib

Fransa prokurorluğunun məlumatına görə, partlayış nəticəsində zərərçəkən olmayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Fransanın şərqində Vilfranş-sür-Son şəhərində məscidin yaxınlığındakı restoranda partlayış baş verib. Bu barədə "Report" "Euronews"a istinadən xəbər verir.

Fransa prokurorluğunun məlumatına görə, partlayış nəticəsində zərərçəkən olmayıb.

İnsidentin digər təfərrüatları haqqında məlumat verilməyib. 

Xatırladaq ki, bir gün əvvəl üç maskalı şəxs Parisdəki  "Charlie Hebdo" satirik jurnalının redaksiyasının yerləşdiyi binaya daxil olaraq, orada olan insanlara atəş açıb. Nəticədə 12 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. 

Qeyd edək ki, bu gün Parisin cənubunda bir nəfər polisə atəş açıb. Hadisə nəticədə bir polis nəfəri ağır yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi