Fransa Elmi Şurası, may ayının 11-dən ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər yumşaldıqdan sonra məktəblilərə tibbi maskaların məcburi taxılmasını tövsiyə edib.
“Report” xəbər verir ki, bu barədə Fransanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Elmi Şura hesab edir ki, orta məktəb və lisey şagirdlərinin təhsil alarkən qoruyucu maska taxması məcburi olmalıdır. Nahar zamanı tibbi maska geyinə bilməyən şagirdlər sosial məsafəni gözləməlidirlər. İbtidai sinif şagirdlərinin qaydaya əməl etməsinə nəzarəti valideynlər həyata keçirməlidir” - deyə, məlumatda qeyd olunub.
Bundan əvvəl Fransanın baş naziri Eduard Filipp ictimai nəqliyyatdan istifadə edən şəxslərin qoruyucu maskalardan istifadəsinin məcburi olması ilə bağlı təklif irəli sürmüşdü.