Fransada məktəbli kütləvi meşə yanğınları törətməkdə ittiham olunur

Fransada məktəbli kütləvi meşə yanğınları törətməkdə ittiham olunur Onun əməli sayəsində 300 hektardan çox meşə yanıb
Digər ölkələr
14 Sentyabr , 2017 21:54
Fransada məktəbli kütləvi meşə yanğınları törətməkdə ittiham olunur

Bakı. 14 sentyabr. REPORT.AZ/ Fransanın ədliyyə orqanları Fransanın cənubunda kütləvi meşə yanğınları ilə əlaqədar 14 yaşlı yeniyetməyə qarşı ittiham irəli sürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, məktəbli Nitsa rayonunda meşəni yandırmağa cəhd edərkən iş başında yaxalanıb.

Saxlanılan şəxs dindirilmə zamanı bu il həqiqətən 20 meşə yanğını törətdiyini etiraf edib. Bundan əlavə, yeniyetmə həmişə yanğınsöndürənlərin işindən heyrətə gəldiyini dilə gətirib.

Onun əməli sayəsində Fransada 300 hektardan çox meşə sahəsi yanıb. Həmin yanğınların söndürülməsində 600-dən çox yanğınsöndürən iştirak edib.

Son xəbərlər

Orphus sistemi