Yuxarı

​Fransada kütləvi etiraz aksiyaları keçirilib

Hökumət dövlət büdcəsindən sosial sahəyə ayırmanı 50 milyon avro azaltmağı planlaşdırır

Bakı. 10 aprel. REPORT.AZ/ Fransanın bir çox şəhər və rayonlarında etiraz aksiyaları keçirilib. "Report" xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, etiraz aksiyaları nəticəsində iki min aviareys təxirə salınıb.

Məlumata görə, tətil edənlər arasında Eyfel qülləsində işləyənlər də olub. Bu səbəbdən ölkənin tarixi və turizm yerləri bağlanıb.

Fransa kökuməti Avropa İttifaqının tələbi ilə dövlət büdcəsindən sosial sahəyə ayırmanı 50 milyon avro azaltmağı planlaşdırır. Bundan başqa, təqaüd yaşını artırmaq planı və işləyənlərin işdən çıxarılmasının asanlaşdırması cəmiyyətin ciddi təzyiqləri ilə müşayiət olunur. Etiraz aksiyaları hökumətin bu sayaq sosial yönlü planlarına qarşı keçirilir.

Xatırladaq ki, Fransa mülki aviasiya şirkətinin işçiləri ötən gündən 48 saatlıq etiraz tətilinə başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi