Bakı. 5 yanvar. REPORT.AZ/ Fransada Kosovonun sabiq baş naziri Ramuş Haradinay həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı sabiq baş nazirdən və onun "Kosovo Xilaskar ordusunun" keçmiş komandirlərindən birindən bu şəxslərin cinayətkar qruplaşmanın lideri olmaqda şübhələnir. Eyni zamanda tribunal onların cinayət ortaqları ilə birlikdə qətllər törətdiklərini, işgəncələr, qəddar rəftar və digər qanunsuzluqlara görə məsuliyyət daşıdığını hesab edir.