Fransada koronavirusdan ölənlərin sayı artdı

Fransada koronavirusdan ölənlərin sayı artdı Fransada koronavirus infeksiyasından daha iki nəfər ölüb.
Digər ölkələr
310
6 Mart , 2020 17:54
Fransada koronavirusdan ölənlərin sayı artdı
cnbc

Fransada koronavirus infeksiyasından daha iki nəfər ölüb.

“Report” LCI-ya istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 9-a çatıb.

Bundan başqa, Fransada 154 yeni yoluxma faktı da qeydə alınıb. Bununla da ölkədə koronavirus daşıyıcılarının sayı 577 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 551-ə çatıb. Bunların 55 991 nəfəri sağalıb, 3 410 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi