Fransada koronavirusdan ölənlərin və ona yoluxanların sayı artmaqda davam edir.
“Report”un Fransa bürosu xəbər verir ki, bu gün ölkədə daha iki nəfər infeksiyanın qurbanı olub. Onlardan birinin 73, digərinin isə 64 yaşında olduğu bildirilir.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 6-ya çatıb.
Bundan başqa, Fransada koronavirusa yoluxma halları 285-dən 377-yə yüksəlib. Ötən gün virusa yoluxma halları Fransa adalarından Guadeloupe və Guianada, bu gün isə Korsika adasında da qeydə alınıb. Beləliklə, COVID-19 bir regiondan başqa Fransanın bütün ərazisində və adalarında yayılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 950-yə çatıb. Bunların 53 981 nəfəri sağalıb, 3 308 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.