Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatdı

Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatdı Fransada koronavirusdan ölənlərin sayı artıb.
Digər ölkələr
2 Mart , 2020 19:03
Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatdı
google.az

Fransada koronavirusdan ölənlərin sayı artıb. 

“Report”un yerli bürosu xəbər verir ki, ölkədə koronavirusa yoluxmuş daha iki nəfər dünyasını dəyişib. 

Məlumata görə, ölənlərin hər ikisi yaşlıdır. 

Bununla da Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, Fransada koronavirusa yoluxan şəxslərin sayı 150 nəfəri ötüb. Onların arasında La Balme-de-Sillingy şəhərinin meri də var. Artıq Fransa prezidenti Emmanuel Makron xarici səfərlərini təxirə salıb

Son xəbərlər

Orphus sistemi