Fransada koronavirusdan ölənlərin sayı 22,2 mini ötdü

Fransada koronavirusdan ölənlərin sayı 22,2 mini ötdü Fransada son bir gün ərzində koronavirusdan ölənlərin sayı daha 389 nəfər artıb.
Digər ölkələr
177
24 Aprel , 2020 21:37
Fransada koronavirusdan ölənlərin sayı 22,2 mini ötdü

Fransada son bir gün ərzində koronavirusdan ölənlərin sayı daha 389 nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə səhiyyəsinin baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

Bununla da ölkədə koronavirus epidemiyasının başlanğıcından ölənlərin sayı 22 245 nəfərə çatıb.

"Epidemiyanın başlanğıcından xəstəxanalarda və ictimai-tibbi müəssisələrdə 22 245 insan öldü", - o qeyd edib. Jerom Salomonun sözlərinə görə, ictimai-tibbi müəssisələrdə 8,3 min ölüm qeydə alınıb, daha 13,8 min nəfər xəstəxanalarda dünyasını dəyişib. 

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi