Fransada koronavirusa yoluxanların sayı 157 minə çatdı

Fransada koronavirusa yoluxanların sayı 157 minə çatdı Fransada bir gün ərzində koronavirusdan 24 pasiyent ölüb.
Digər ölkələr
14 İyun , 2020 01:08
Fransada koronavirusa yoluxanların sayı 157 minə çatdı

Fransada bir gün ərzində koronavirusdan 24 pasiyent ölüb.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, epidemiyanın başlanğıcından Qərbi Avropa ölkəsində 29 min insan təhlükəli virusdan ölüb. Hazırda demək olar, 11 min insan xəstəxanalarda müalicə edilir, onlardan 871-i reanimasiya şöbələrindədir.

Fransada koronavirusa ümumilikdə 157 min nəfər yoluxub, təxminən 73 min insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi