Fransada koronavirusa yoluxanların sayı 103,6 mini keçdi

Fransada koronavirusa yoluxanların sayı 103,6 mini keçdi Epidemiyanın başlanğıcından Fransada koronavirusa yoluxmuş 103 654 nəfər xəstəxanaya yerləşdirilib”.
Digər ölkələr
201
18 İyun , 2020 22:37
Fransada koronavirusa yoluxanların sayı 103,6 mini keçdi

"Epidemiyanın başlanğıcından Fransada koronavirusa yoluxmuş 103 654 nəfər xəstəxanaya yerləşdirilib”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, onlardan 18 260 nəfəri xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib. Ölkədə virusa yoluxmuş 73 887 insan sağalaraq evə buraxılıb. Epidemiyanın başlanğıcından Qərbi Avropa ölkəsində 29 603 insan təhlükəli virusdan ölüb. Onlardan 19 146-sı tibb müəssisələrində vəfat edib.

Hazırda xəstəxanalarda koronavirusa yoluxmuş 10 125 nəfər müalicə edilir. Son bir gündə daha 136 nəfər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, koronavirus testi müsbət çıxmış 752 nəfər reanimasiya şöbələrində müalicə edilirlər. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,4 milyonu ötüb. Bunların 4,4 milyondan çoxu sağalıb, 451 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi