Fransada koronavirus qurbanlarının sayı 4 min nəfəri ötdü

Fransada koronavirus qurbanlarının sayı 4 min nəfəri ötdü Fransa xəstəxanalarında son 24 saat ərzində 509 nəfər koronavirusdan dünyasını dəyişib.
Digər ölkələr
1 Aprel , 2020 22:40
Fransada koronavirus qurbanlarının sayı 4 min nəfəri ötdü

Fransa xəstəxanalarında son 24 saat ərzində 509 nəfər koronavirusdan dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ümumilikdə ölkədə 4 032 nəfər koronavirusun qurbanı olub.

Onun sözlərinə görə, 24 000 nəfərə COVID-19 diaqnozu qoyulub, 6 017 pasiyent reanimasiyada müalicə olunur.

Jerom Salomonun sözlərinə görə, reanimasiyada müalicə alanların 80 nəfərinin yaşı 30-dan azdır.

Son xəbərlər

Orphus sistemi