Fransada koronavirus qurbanlarının sayı 29,3 minə çatır

Fransada koronavirus qurbanlarının sayı 29,3 minə çatır Fransada xəstəxanaların reanimasiya şöbələrində koronavirusa yoluxanların sayı azalaraq 1 000 nəfərə enib, hazırda 11,9 mindən çox insanın müalicəsi davam edir.
Digər ölkələr
9 İyun , 2020 22:40
Fransada koronavirus qurbanlarının sayı 29,3 minə çatır

Fransada xəstəxanaların reanimasiya şöbələrində koronavirusa yoluxanların sayı azalaraq 1 000 nəfərə enib, hazırda 11,9 mindən çox insanın müalicəsi davam edir. 

"Report" RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

"COVID-19-a yoluxmuş 955 insan reanimasiyadadır (bir həftə öncə - 2 iyunda reanimasiyadakı pasiyentlərin sayı 1 253 nəfər təşkil edirdi)", - rəsmi məlumatda deyilir. Reanimasiyaya son gün ərzində 15 yeni pasiyent daxil oldu. Bununla birlikdə reanimasiyadakı xəstələrin ümumi sayı ötən cümə günü ilə müqayisədə 69 nəfər azalıb.

Hazırda xəstəxanalarda 11 961 nəfərin müalicəsi davam etdirilir (bir həftə öncə xəstəxanalarda pasiyentlərin sayı 14 028 nəfər təşkil edirdi). Son 24 saat ərzində xəstəxanalara 169 yeni pasiyent yerləşdirilib.

"Epidemiyanın başlanğıcından Fransada 29 296 insan koronavirusdan ölüb, onlardan 18 912 nəfəri xəstəxanalarda, 10 384 nəfər sosial və tibbi-sosial müəssisələrdə vəfat edib", - rəsmi məlumatda deyilir.

Epidemiyanın başlanğıcından 102,8 mindən çox insan xəstəxanalara yerləşdirilib, onların 18 mindən çoxu reanimasiyada müalicə alıb. Ölkədə virusa yoluxmuş 71,5 min insan sağalaraq evə buraxılıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,2 milyonu ötüb. Bunların 3,5 milyon nəfərdən çoxu sağalıb, 408 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi