Fransada koronavirusdan ölənlərin və ona yoluxanların sayı artmaqda davam edir.
“Report”un Fransa bürosu xəbər verir ki, bu gün ölkədə koronavirusdan ölənlərin sayı 16-ya çatıb.
Bundan başqa, ölkədə koronavirusa yoluxma halları 716-dan 949-a yüksəlib. Virusa yoluxanlardan 45-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 99 ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.