Fransada koronavirusa rekord yoluxma qeydə alınıb

Fransada koronavirusa rekord yoluxma qeydə alınıb Fransada koronavirusa gündəlik yoluxma rekord qırıb.
Digər ölkələr
26 Yanvar , 2022 01:45
Fransada koronavirusa rekord yoluxma qeydə alınıb

Fransada ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda yoluxma qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "Sante Publique" agentliyi məlumat yayıb.

Son sutka ərzində ölkədə 501 635 xəstəliyə yoluxma faktı aşkarlanıb. Əksər xəstələrdə (təxminən 95%) "omikron" ştamı ilə yoluxma şübhəsi var.

Ümumilikdə, Fransada pandemiyanın başlanğıcından 16,8 milyondan çox yoluxma qeydə alınıb.

Qeyd edək ki, Fransa yoluxma sayına görə dünyada artıq 3-cüdür. Birinci və ikinci yerləri ABŞ və Hindistan bölüşür.

Son xəbərlər

Orphus sistemi