Fransada keçirilmiş etiraz aksiyası zamanı 13 polis əməkdaşı xəsarət alıb

Fransada keçirilmiş etiraz aksiyası zamanı 13 polis əməkdaşı xəsarət alıb İğtişaşlarla əlaqadar 4 nəfər saxlanılıb
Digər ölkələr
26 Fevral , 2017 11:51
Fransada keçirilmiş etiraz aksiyası zamanı 13 polis əməkdaşı xəsarət alıb

Bakı. 26 fevral. REPORT.AZ/ Fransanın Nant şəhərində "Milli cəbhə" lideri Marin Le Pen əleyhinə seçkiqabağı keçirilən etiraz aksiyaları zamanı baş vermiş iğtişaşlarda hüquq-mühafizə orqanlarının azı 13 əməkdaşı xəsarət alıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə yerli polis şöbəsinin "Twitter" şəbəkəsindəki mikrobloqundakı səhifəsində məlumat verilib.

"Nant şəhərində "Milli cəbhə"yə qarşı nümayişlərin yekunu: 13 polis və jandarm yaralanıb", - deyə məlumatda deyilir. Qeyd edək ki, ilkin məlumatda iğtişaşlarla əlaqadar 4 nəfərin saxlanıldığı bildirilirdi.

Üç mindən artıq insan iştirak etdiyi nümayişlərin əsas hissəsi dinc şəraitdə keçib. Lakin nümayişlərin sonuna yaxın bəzi iştirakçılar asayiş keşikçilərini əvvəlcə daşa basıblar, sonra isə asayiş keşikçilərinə yandırıcı mayelərlə dolu butılkalar atıblar.

Son xəbərlər

Orphus sistemi