Fransada keçirilən etiraz aksiyalarında 3 jurnalist xəsarət alıb - FOTO

Fransada keçirilən etiraz aksiyalarında 3 jurnalist xəsarət alıb - FOTO Fransada keçirilən etiraz aksiyalarında 3 jurnalist xəsarət alıb.
Digər ölkələr
6 Dekabr , 2019 03:06

Fransada keçirilən etiraz aksiyalarında 3 jurnalist xəsarət alıb.

"Report"un yerli bütosu xəbər verir ki, Türkiyənin "Anadolu" agentliyinin müxbiri Mustafa Yalgin Parisdə keçirilən aksiyalar zamanı polislərin atdığı gözyaşardıcı qaz nəticəsində yaralanıb. Müxbir hazırda xəstəxanadadır.

Dünən keçirilən etiraz aksiyaları zamanı daha iki mətbuat nümayəndəsi zərər çəkib. Belə ki, jurnalist Gaspard Glanz ayağından yaralanıb. Zərbə zamanı üstündə olan telefonu və fotoapartı sınıb. 

Yaralananlar arasında "Taranis News" saytının rəhbəri, jurnalist Taha Bouhafs da var.

Son xəbərlər

Orphus sistemi